...

“Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2025 17:41 (UTC +04:00)
“Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

29 sentyabr tarixində Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar təşkil olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva vurğulayıb ki, seminar kommunikasiya və media sahəsində əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, dövlət qurumlarının kommunikasiya potensialının gücləndirilməsinə, ictimaiyyətlə əlaqələrin daha effektiv qurulmasına və müasir çağırışlara uyğun yanaşmaların formalaşdırılmasına xidmət edir.

ADA Universitetinin İxtisasartırma proqramının dövlət proqramları üzrə meneceri Sevinc Hüseynova çıxışında bildirib ki, strateji kommunikasiya üzrə keçirilən seminar iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərin inteqrasiyası baxımından vacib təcrübədir və dövlət qurumlarında çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına və innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradır.

Seminarı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehralıyeva aparıb. Təqdimat zamanı iştirakçılara ictimai narrativlərin düzgün qurulması, strateji yanaşmaların tətbiqi və kommunikasiya prosesində auditoriyaya effektiv mesajların çatdırılması barədə praktik məlumatlar təqdim olunub.

Müzakirələrdə qeyd olunub ki, müasir dövrdə kommunikasiya yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmır, həm də dövlət qurumlarının nüfuzunun möhkəmləndirilməsində və vətəndaşlarla qarşılıqlı etimadın formalaşdırılmasında mühüm rol oynayır. Xüsusilə, rəqəmsal media alətlərindən səmərəli istifadə və məqsədyönlü kommunikasiya siyasətinin hazırlanması uğurlu nəticələrin əldə olunmasında əsas şərtlərdən biri kimi dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti