Bakı. Trend:
Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubunda bildirib.
"Belə bir xoş gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram", - dövlət başçısı qeyd edib.