...

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan yeni nəşrin təqdimatı keçiriləcək

Mədəniyyət Materials 29 Sentyabr 2025 18:00 (UTC +04:00)
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan yeni nəşrin təqdimatı keçiriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Üzeyirin Ecazkar Dünyası” adlı yeni kitab çapdan çıxıb.

Trend xəbər verir ki, 2025-ci ilin sentyabrında görkəmli bəstəkar, musiqişünas, publisist, dramaturq, pedaqoq və Şərqdə ilk operanın müəllifi, Xalq artisti, Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunacaq. Prezident İlham Əliyevin sərəncamı ilə milli musiqi mədəniyyətimizin banisinin yubileyi ölkə üzrə geniş miqyasda keçirilir:

"Bu münasibətlə hazırlanmış “Üzeyirin ecazkar dünyası” kitabı musiqisevərlərə dahi bəstəkarın həyat və yaradıcılığını interaktiv formada tanıdır. Topluya musiqili rebuslar, krossvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edilib. Kitab şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulub və həm fərdi, həm də kollektiv şəkildə istifadəyə uyğundur".

Kitabın təqdimatı 30 sentyabr 2025-ci il tarixində, saat 12:00-da Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcək.

Nəşr Azərbaycanda musiqiyönümlü tədris prosesinə qeymifikasiya (oyunlaşdırma) prinsipinin tətbiqinə ilk nümunələrdən biridir. Tapmaca və intellektual oyunların əyləncəli formatda təqdimatı biliklərin daha asan mənimsənilməsini təmin edir, analitik və tənqidi təfəkkürü inkişaf etdirir.

Kitab Azərbaycanda ilk dəfə olaraq virtual muzeylə müşayiət olunur. Virtual muzey pedaqoji cəhətdən dəstəklənmiş rəqəmsal tədris vasitəsi olaraq biliklərin vizual və interaktiv təqdimatına, təhsilalanlarda idrak motivasiyasının yüksəldilməsinə xidmət edir.

Kitabda təqdim edilən QR-kod vasitəsilə oxucular Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş virtual muzeyə keçid əldə edirlər. Burada eksklüziv materiallar, eksponatlar və əlavə məlumatlarla tanış olmaq, mövzu üzrə bilikləri genişləndirmək və kitabda verilən tapmaca və suallara düzgün cavab tapmaq mümkündür.

“Üzeyirin ecazkar dünyası” nəşrinin müəllif kollektivinin başlıca məqsədi milli musiqi mədəniyyətimizi və xüsusilə də Üzeyir Hacıbəyli dühasının irsini müasir, interaktiv və rəqəmsal formatda yeni nəslə sevdirmək və tanıtmaqdır.

Kitab Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb- studiyası, “Musiqi Dünyası” Elektron Nəşrlər Mərkəzi və “Azərbaycan Nəşriyyatı” MMC tərəfindən çapa hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti