Bakı. Trend:
İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, La Liqa nəhəngi Mark Bernalın sözləşməsinin müddətini uzadıb.
İspaniya U-17 millisinin sabiq üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.