Bakı. Trend:
Böyük Britaniyanın Qatvik hava limanı stansiyası həddən artıq sıxlıq səbəbindən təxliyə edilib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, hadisəyə dəmir yolunda baş verən bir neçə insident səbəb olub. Səhər saatlarında iki nəfər qatarın vurması nəticəsində xəsarət alıb. Hər iki hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub. Buna görə də “Southern Railway” şəbəkəsində iki saata qədər gecikmələr yaranıb.
Nəticədə Luton–London “St.Pancras International” və Qatvik hava limanı istiqamətlərində qatarlar ləngimə, ləğv və ya marşrut dəyişiklikləri ilə üzləşib.