Bakı. Trend:
ABŞ-nin Cənubi Koreyada yerləşən 7-ci Hava Qüvvələri Komandanlığı "səma qatili" ləqəbi ilə tanınan MQ-9 "Riper" çoxfunksiyalı pilotsuz uçuş aparatlarının (PUA) yarımadada daimi yerləşdirilməsini rəsmi olaraq təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfi Kunsan aviabazasında yeni bölmənin - MQ-9 aparatları ilə tam təchiz edilmiş 431-ci Ekspedisiya Kəşfiyyat Batalyonunun yaradıldığını açıqlayıb.
Qeyd edilir ki, yeni dronlar Şimali Koreyanı izləmək, həmçinin Çinin fəaliyyəti ilə əlaqədar olaraq Sarı dəniz akvatoriyasında nəzarəti gücləndirmək üçün istifadə ediləcək.