Bakı. Trend:
İsrail və HƏMAS arasında vasitəçilik edən Misir və Qətər Fələstin hərəkatının danışıqlar üzrə nümayəndə heyətinə Qəzza zolağında münaqişəyə son qoymaq üçün ABŞ-nin planını təqdim edib.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, nümayəndə heyəti vasitəçilərə “təklifi məsuliyyətlə araşdıracaqlarına” söz verib.
Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı da Amerika sənədinin HƏMAS nümayəndələrinə ötürüldüyünü təsdiqləyib.