...

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə real addımlar atır - "EY" şirkətinin eksperti (ÖZƏL)

İqtisadiyyat Materials 29 Sentyabr 2025 23:34 (UTC +04:00)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə real addımlar atır - "EY" şirkətinin eksperti (ÖZƏL)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə real addımlar atır.

Bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində Trend-ə müsahibəsində "EY" şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Davamlı İnkişaf üzrə rəhbəri Viktor Kovalenko deyib.

"Bakıda olarkən, hökumət və dövlət rəsmilərini dinləyərkən, Azərbaycan şirkətlərinin fəaliyyətini müşahidə edərdən, beynəlxalq iştirakçılar əmin olurlar ki, iqlim dəyişikliyinə uyğunlaşma, təsirlərin yumşaldılması və nəzərəçarpacaq maliyyə nəticələri ilə bağlı real iş məhz Azərbaycanda gedir". - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Bakı İqlim Həftəsinin əsas dəyəri ondan ibarətdir ki, Azərbaycan həm qlobal, həm də regional ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

Kovalenko iqlim gündəliyində biznesin əsas roluna da diqqət çəkib: “Əvvəlcə dediyim kimi, dövlət və hökumət qlobal çıxışlar - region, planet, bütövlükdə ölkə haqqında etməlidir. Amma biznes başqa cür düşünür: ona praktik, başa düşülən və aydın nümunələr lazımdır. Budur, sadə bir misal: əgər biznesə istixana qazı emissiyalarını azaltmaq əmri verilirsə, izah edilir ki, haradasa okean bir neçə metr qalxacaq və ölkəni su basacaq, bəli, bu, qlobal miqyasda ciddidir. Bəs bu konkret müəssisə üçün nə deməkdir?".

Ekspert vurğulayıb ki, qlobal çağırışlarla kiçik şirkətlərin gündəlik fəaliyyəti arasında məhz bu əlaqələr bu cür tədbirlərdə öz əksini tapmalıdır.

"Sahibkar eşitməli və başa düşməlidir ki, bütün bu sözlər onların reallığı ilə birbaşa bağlıdır. Bu, xüsusilə kiçik və orta biznes üçün vacibdir.

Böyük şirkətlər iri miqyasda düşünürlər: onlar başa düşürlər ki, bəzi yerlərdə su qıtlığı ola bilər, bəzi yerlərdə Xəzər dənizindən keçən nəqliyyat dəhlizləri pozula bilər, bəzilərində isə məhsuldarlıqla bağlı problemlər ola bilər. Kiçik bizneslər isə öz sahələri, məhsulları ilə məhdudlaşır və onların əsas məqsədi sağ qalmaqdır. Ona görə də bu cür tədbirlərin əsas məqsədi qlobal iqlim gündəmini "yer üzünə endirmək" və bunun KOB-lar üçün nə demək olduğunu izah etməkdir", - V.Kovalenko bildirib.

Xəbər lenti

Xəbər lenti