Bakı. Trend:
ABŞ administrasiyası Qəzza zolağında “iştirakçı ölkələr” üçün güzəştli tariflərlə xüsusi iqtisadi zona yaratmağı təklif edir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqladığı Fələstin anklavında münaqişənin həlli planında qeyd olunub.
"İştirakçı ölkələrlə razılaşdırılacaq güzəştli tariflər və giriş şərtləri ilə xüsusi iqtisadi zona yaradılacaq", - deyə sənəddə bildirilib.
Ağ Evin dərc etdiyi sənədə görə, Qəzzanın yenidən qurulması üçün hələlik heç bir iqtisadi plan yoxdur, lakin bu plan bundan əvvəl Yaxın Şərqdəki problemlərlə məşğul olan “mütəxəssislər qrupu” tərəfindən hazırlanmalı olacaq.