...

Netanyahu Dohada HƏMAS liderlərinə hücuma görə Qətərin baş nazirindən üzr istəyib

Dünya xəbərləri Materials 29 Sentyabr 2025 22:14 (UTC +04:00)
Netanyahu Dohada HƏMAS liderlərinə hücuma görə Qətərin baş nazirindən üzr istəyib

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə İsrailin 12-ci kanalı bildirib.

Məlumata əsasən, danışıq zamanı Netanyahu Qətərin baş nazirindən sentyabrın 9-da Dohada Fələstinin "HƏMAS" hərəkatının liderlərinə hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.

Bildirilib ki, İsrailin baş naziri ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdən qətərli həmkarına zəng edib. Telekanal mənbəyə istinadən xəbər verir ki, söhbət zamanı Netanyahu Qətər təhlükəsizlik zabitinin hücumda həlak olmasından təəssüfləndiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti