...

Netanyahu Trampın Qəzza müharibəsinə son qoymaq planını dəstəkləyib

Dünya xəbərləri Materials 29 Sentyabr 2025 23:39 (UTC +04:00)
Netanyahu Trampın Qəzza müharibəsinə son qoymaq planını dəstəkləyib

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq planını dəstəklədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Netanyahu Trampla Ağ Evdəki görüşdən sonra birgə mətbuat konfransı zamanı deyib.

"Qəzzada hərbi məqsədlərimizə cavab verən müharibəni bitirmək planınızı dəstəkləyirəm. Bu, bütün girovlarımızı İsrailə qaytaracaq, HƏMAS-ı hərbi potensialından və siyasi üstünlüyündən məhrum edəcək və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmayacağını təmin edəcək", - deyə B.Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, lakin Fələstinin "HƏMAS" hərəkatı bu təklifi rədd edərsə və ya sabotaj edərsə, yəhudi dövləti “işi özü bitirəcək”.

"Əgər HƏMAS planı rədd etsə və ya qəbul etsə, amma mahiyyətcə ona qarşı çıxmaq üçün mümkün olan hər şeyi etsə, İsrail bu işi özü bitirəcək", - deyə baş nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti