...

Məzunlarımız ABŞ və Azərbaycan arasındakı münasibətlərin döyünən ürəyidir - Rendi Koul

Cəmiyyət Materials 29 Sentyabr 2025 21:57 (UTC +04:00)
Məzunlarımız ABŞ və Azərbaycan arasındakı münasibətlərin döyünən ürəyidir - Rendi Koul
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Məzunlarımız Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlərin döyünən ürəyidir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul Amerika universitetlərinin azərbaycanlı məzunları üçün illik qala gecəsi çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu gün biz təkcə məzunlarımızın uğurlarını deyil, həm də Azərbaycan və Amerika Birləşmiş Ştatları xalqları arasında möhkəm tərəfdaşlığı qeyd edirik.

"Bizi - insanları, icmaları birləşdirən məhz məzunlardır. Onların ölkənin hər yerində - Gəncə, Lənkəran, Şəki və bir çox başqa şəhərlərdə gördüyü işlər xalqlarımız arasında əlaqələri möhkəmləndirir, cəmiyyətin inkişafına real müsbət töhfə verir", - deyə Rendi Koul bildirib.

Onun sözlərinə görə, bu iş avqustun 8-də Ağ Evdə prezident Donald Trampın vasitəçiliyi ilə sülh sənədinin imzalanmasından sonra bu gün xüsusi əhəmiyyət kəsb edir:

"Azərbaycan və Ermənistan öz tarixlərində yeni səhifə açdığı bir vaxtda məzunlarımızın töhfələri sülhün möhkəmlənməsi və gələcək nəsillər üçün yeni imkanların yaradılması üçün əsas olacaqdır".

Xəbər lenti

Xəbər lenti