...

ABŞ İsraillə Yaxın Şərq nizamlanması məsələsini müzakirə edir - Tramp

Dünya xəbərləri Materials 29 Sentyabr 2025 23:06 (UTC +04:00)
ABŞ İsraillə Yaxın Şərq nizamlanması məsələsini müzakirə edir - Tramp

Bakı. Trend:

ABŞ administrasiyası İsraillə təkcə Qəzza zolağında deyil, bütün Yaxın Şərqdə nizamlanmanı müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti bildirib.

"Bu gün dünya üçün tarixi bir gündür və mən [İsrailin] Baş naziri Benyamin Netanyahu ilə bir çox vacib məsələləri, o cümlədən ticarət, İran, Avraam razılaşmalarının genişləndirilməsini müzakirə etdiyimiz mühüm görüşü başa vurduq. Ən əsası isə Qəzzada müharibəni necə bitirəcəyimizi müzakirə etdik. Amma bu, daha böyük mənzərənin, daha dəqiq desək Yaxın Şərqdə sülhün yalnız bir hissəsidir və gəlin bunu Yaxın Şərqdə daimi sülh adlandıraq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti