Bakı. Trend:
Ədən körfəzində Niderland bayrağı altında üzən gəmi husilər tərəfindən hücuma məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Məlumata əsasən, Yəmən husilərinin raket hücumu Ədən körfəzində gəmidə böyük yanğına səbəb olub. Hadisə yerinə hərbi gəmi gedib.
Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib. Bildirilib ki, hücuma Niderland bayrağı altında üzən “Minervagracht” yük gəmisi məruz qalıb.