...

Qətər HƏMAS-ı Qəzza planını qəbul etməyə razı salmaq niyyətindədir

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 01:43 (UTC +04:00)
Qətər HƏMAS-ı Qəzza planını qəbul etməyə razı salmaq niyyətindədir

Bakı. Trend:

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ABŞ prezidenti Donald Trampa Fələstinin "HƏMAS" hərəkatını ABŞ-ın Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq planını qəbul etməyə razı salmağa bacaracağını bildirib.

Trend-in məlumatına görə, bu barədə "Sky News Arabia" televiziya kanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev Qəzza münaqişəsinin həlli planını açıqlayıb. Bu planla hərbi əməliyyatların tamamilə dayandırılmasını və HƏMAS tərəfindən saxlanılan israilli girovların 72 saat ərzində azad edilməsi nəzərdə tutulur. Bundan əlavə, sənəd sektorun keçid dövrü üçün kənar idarəetməyə verilməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti