Bakı.Trend:
Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.
Trend xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilmişdir.
Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taimani Cavid Muhəmmədəzim saxlanılmışdır.