Bakı. Trend:
"SpaceX" oktyabrın 13-nə "Starship" prototip raketi ilə raket daşıyıcının növbəti sınaq buraxılışını planlaşdırıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.
"Starship-in 11-ci sınaq buraxılışı bazar ertəsi, oktyabrın 13-nə planlaşdırılıb", - deyə qeyd olunub.
Texasdakı Starbase kosmodromundan buraxılış yerli vaxtla saat 18:15-ə planlaşdırılır.
"SpaceX" şirkəti avqustun sonunda baş tutan 10-cu sınaq buraxılışının uğurunu gücləndirmək niyyətindədir.