...

Qrip və soyuqdəymə arasında hansı fərqlər var? - AÇIQLAMA

Cəmiyyət Materials 30 Sentyabr 2025 10:13 (UTC +04:00)
Qrip və soyuqdəymə arasında hansı fərqlər var? - AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

“Qrip daxil olmaqla bütün kəskin respirator virus infeksiyaları ümumi (bədən hərarətinin yüksəlməsi, ümumi zəiflik, halsızlıq, iş qabiliyyətinin azalması və s.) və əsasən yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri (boğaz ağrısı, ösrürək, burun tutulması və ya axması və s.) ilə təzahür edir”.

Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu qrupa daxil olan ayrı-ayrı infeksiyaları klinik mənzərəyə görə ayırmaq çox çətindir və bəzən laborator təsdiq tələb edə bilər:

“Bununla bərabər, bir çox respirator infeksiyaların özünə xas olan gediş xüsusiyyətləri də mövcuddur. Məsələn, qrip infeksiyası daha çox sirkulyator pozğunluqlar, yüksək hərarət, güclü baş, əzələ və oynaq ağrıları, traxeya və iri bronxların zədələnməsinin nəticəsi olaraq quru öskürək, digər respirator virus infeksiyalardan fərqli olaraq burun axma kimi kataral əlamətin zəif olması və ya olmaması, göz almalarının hərəkəti zamanı ağrı, işıqdanqorxma, göz yaşarması, konyunktivit kimi simptomlarla seyr edilir. Bəzən isə bu hallar fəsadlaşa bilir. Qrip və digər kəskin respirator virus infeksiyalar zamanı orta qulağın iltihabı, bronxit, bəzən pnevmoniya, nadir hallarda meningit və ensefalit kimi ağır fəsadlar inkişaf edə bilər”.
Nazirliyin mütəxəssis-ekspert bildirib ki, qrip və digər mövsümi infeksiyalar zamanı insanın immuniteti müəyyən qədər zəifləyir:

“İkincili bakterial infeksiyaların qoşulması üçün şərait yaranır, bir çox hallarda mövcud xroniki infeksiya ocaqları və xəstəliklər aktivləşir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti