...

Avropaya təmiz enerji çatdıra bilərik - Muxtar Babayev

Energetika Materials 30 Sentyabr 2025 09:58 (UTC +04:00)
Avropaya təmiz enerji çatdıra bilərik - Muxtar Babayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də Avropaya təmiz enerji çatdıra bilərik.

Trend xəbər verir ki, bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

"Regionumuzda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında tərəfdaşlıq başladaraq zəngin külək və günəş potensialımızı açdıq. Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də Avropaya təmiz enerji çatdıra bilərik. Bu, iqlimə fayda verəcək, enerji təhlükəsizliyini artıracaq və bizə ixrac imkanları yaradacaq", - M. Babayev qeyd edib.

M. Babayev xatırladıb ki, Azərbaycan keçidin növbəti mərhələlərinin prinsiplərinə dair qlobal razılaşma əldə edib:

"Etibarlı, əlçatan və təmiz enerji sistemlərinin qurulması kimi vacib prioritetlərə beynəlxalq diqqəti yönəltdik. Qlobal enerji saxlama və şəbəkələr üzrə öhdəliyi qəbul etmişik. Bu öhdəlik 2030-cu ilə qədər qlobal saxlama gücünü altı dəfə artıraraq 1,5 min qiqavata çatdırmağı, 2040-cı ilə qədər isə 80 milyon kilometrdən çox yeni şəbəkə qurmağı hədəfləyir".

"Biz həmçinin yaşıl enerji zonaları və dəhlizləri üzrə öhdəlik qəbul etdik ki, bu da qitələrarası bərpa olunan enerji mərkəzlərinə və ötürücü xətlərə investisiyaları səfərbər edəcək. Bundan başqa, təmiz hidrogen və törəmələri üzrə yüksək etibarlı bazarın təməlini qoyan Hidrogen Bəyannaməsini qəbul etdik. Bu öhdəlik və bəyannamələrə 60-dan çox ölkə qoşuldu. Biz həm dövlət, həm də özəl sektorlarla əməkdaşlıq quraraq məqsədləri əməli addımlara çevirdik", - M. Babayev vurğulayıb.

"Bu sənədlər Paris Sazişi çərçivəsində beynəlxalq öhdəlikdir. Onlar qlobal iqlim dəyişikliyinə qarşı mübarizənin təməl daşlarıdır. Eyni zamanda, bu sənədlər milli prioritetdir, çünki yaşıl investisiyalara “yaşıl işıq” yandırır. Onlar vaxt cədvəllərini və hədəfləri müəyyənləşdirir, milli prioritet sahələri göstərir və hökumətin əməli fəaliyyətə sadiqliyini nümayiş etdirir", - deyə. M. Babayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti