Bakı. Trend:
II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal dövrdə media
tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə
təşəbbüslər” mövzusunda panel sessiya keçirilib.
Trend xəbər verir
ki, panel müzakirə Trend İnformasiya Agentliyinin Baş redaktoru
Emin Əliyevin moderatorluğu ilə baş tutub.
Sessiyada Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov, Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov və Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov spiker qismində çıxış ediblər