...

Özbəkistan və Azərbaycan biznes və investisiyalar üçün yeni imkanlar açır - XİN (ÖZƏL)

Siyasət Materials 30 Sentyabr 2025 11:19 (UTC +04:00)
Özbəkistan və Azərbaycan biznes və investisiyalar üçün yeni imkanlar açır - XİN (ÖZƏL)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan və Azərbaycan arasındakı münasibətlər bu gün sürətlə inkişaf edir və əməkdaşlığın bütün istiqamətlərini ehtiva edir.

Bunu Trend-ə Özbəkistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “Rəqəmsal transformasiya və media” mövzulu Özbəkistan media forumu çərçivəsində verdiyi müsahibədə bildirib.

“Özbəkistan Azərbaycanla müttəfiqlik əlaqələri qurub. Bizdə dövlət rəhbərləri, nazirliklər və digər qurumlar arasında müntəzəm və davamlı yüksək səviyyəli əlaqələr mövcuddur. İkitərəfli tədbirlərdən ibarət qrafikimiz olduqca zəngindir”,- deyə o bildirib.

Burxanovun sözlərinə görə, son 5-6 ildə ticarət dövriyyəsində davamlı artım müşahidə olunur və ticarət-iqtisadi, həmçinin mədəni-humanitar əməkdaşlığın daha da inkişafı üçün aktiv addımlar atılır. Həmçinin bölgələrarası dialoq inkişaf edir ki, bu da münasibətlərin dinamikasına müsbət təsir göstərir.

“Biz irəliləyişi təkcə respublika və hökumət səviyyəsində deyil, həm də regional idarəetmə strukturlarının fəaliyyətində görürük. Hər iki ölkədə ticarət evləri açılır, qarşılıqlı investisiyalar təşviq olunur, aparıcı şirkətlərin bir-birinin bazarlarına çıxışı üçün şərait yaradılır”,- deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti