Bakı. Trend:
İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması planının hazırlanmasında iştirak edib və sənədin yekun mətninə bir sıra düzəlişlər edib.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.
Məlumata əsasən, ən diqqətçəkən düzəliş dövlətçilik məsələsidir. Planın mətnində müstəqil Fələstin dövlətinin yaradılmasının mümkünlüyü qeyd edilir, lakin burada iki dövlətli həll yoluna heç bir söz qeyd olunmayıb.
Qeyd olunub ki, Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin aydın perspektivi olmasa, Səudiyyə Ərəbistanının Amerika liderinin planını maliyyələşdirməsi ehtimalı kifayət qədər aşağıdır.