...

Bakıda iki nəfərin həyatını itirməsi ilə nəticələnən qəza baş verib

Cəmiyyət Materials 30 Sentyabr 2025 09:20 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtda iki nəfərin həyatını itirməsi ilə nəticələnən qəza baş verib.

Trend xəbər verir ki, 29.09.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Abşeron” ticarət mərkəzinin qarşısında Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sonuncu müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin - 1978-ci il təvəllüdlü Xankişiyeva Aynurə Elxan qızı aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində həyatlarını itiriblər.

Bildirilib ki, fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti