...

Uitkoff ABŞ prezidentinin xüsusi elçisi vəzifəsini tərk edə bilər

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 06:27 (UTC +04:00)
Uitkoff ABŞ prezidentinin xüsusi elçisi vəzifəsini tərk edə bilər

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilin sonuna qədər vəzifəsini tərk etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə "Times of Israel" qəzeti məlumatlı mənbəyə istinadən xəbər verib.

Məlumata əsasən, Uitkoffun ilin sonunda istefa verəcəyi gözlənilir.

Qeyd edilib ki, bu, ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahunun Amerikanın son təklifini qəbul etdiyini və vasitəçilərin HƏMAS-dan cavab gözlədiyini bəyan etməsindən sonra Qəzzada müharibədə irəliləyişin yaxın olması fonunda baş verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti