...

Almaniya artıq sülh şəraitində yaşamır - Fridrix Merts

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 04:31 (UTC +04:00)
Almaniya artıq sülh şəraitində yaşamır - Fridrix Merts

Bakı. Trend:

Almaniya hazırda sülh şəraitində yaşamır.

Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.

O, Almaniya üçün silahlı münaqişə riskini nə dərəcədə yüksək qiymətləndirdiyi sualını şərh edib.

"Bunu ilk baxışda bir az sarsıdıcı görünə biləcək bir cümlə ilə demək istəyirəm, amma dediklərimi tam olaraq nəzərdə tuturam: biz müharibə vəziyyətində deyilik, amma artıq sülh şəraitində deyilik", - deyə o qeyd edib.

"Biz tamamilə fərqli bir dünyada yaşayırıq", - deyə F.Merts vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti