Bakı. Trend:
ABŞ Konqresindəki Demokratlar və Respublikaçıların nümayəndələri sentyabrın 29-da prezident Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşdən sonra federal hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almaq üçün tədbirlər haqqında razılığa gəlmədiklərini bəyan ediblər.
Trend-in məlumatına görə, bu barədə Senatda azlıq təşkil edən Demokrat Partityasının lideri Çak Şumer jurnalistlərə bildirib.
"Aramızda çox ciddi fikir ayrılıqları var", - deyə o qeyd edib.
O bildirib ki, bu, səhiyyə ehtiyacları üçün xərclərə, həmçinin Vaşinqton administrasiyası tərəfindən əvvəllər ləğv edilmiş bir sıra sahələrdə ayırmalara aiddir.
"Respublikaçıların fəaliyyətini dayandırmaq istəyib-istəməyəcəyinə dair qərar onlardan aslıdır. Biz prezidentə bəzi təkliflər vermişik. Respublikaçı liderlər bunları müzakirə etməlidirlər. Amma sonda o, qərar verəcək", - deyə Ç.Şumer Tramp haqqında danişarkən bildirib.