Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) sentyabr ayı üzrə iqtisadi proqnozunda Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlı göstəricilərini yenidən nəzərdən keçirib.
Bu barədə Trend xəbər verir.
Son göstəricilərə əsasən, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatı apreldə proqnozlaşdırılan 3,4 faizlə müqayisədə 2,4 faiz artacaq.
2026-cı il üçün isə AİB artımı 3,3 faiz əvəzinə 2 faiz səviyyəsində gözləyir.
Bu arada, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2026-cı ildə ölkənin ÜDM-i 134,1 milyard manat (78,88 milyard dollar) təşkil edəcək ki, bunun da 101,7 milyard manatı (59,82 milyard dollar) qeyri-neft-qaz sektorunun payına düşəcək. Gələn il üçün iqtisadi artım 3,2 faiz səviyyəsində proqnozlaşdırılır, o cümlədən qeyri-neft-qaz sektorunda 8,8 faiz artım nəzərdə tutulur.
Yenilənmiş proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanın ÜDM-i 129,9 milyard manat (76,41 milyard dollar) olacaq ki, bunun da 93,5 milyard manatı (54,99 milyard dollar) qeyri-neft-qaz sektorunun payına düşəcək.