...

Əfqanıstanda internet və mobil telefon xidmətləri tam dayandırılıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 09:45 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanda internet və mobil telefon xidmətləri ölkə üzrə tam kəsilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Taliban hökuməti bu barədə heç bir açıqlama verməyib.

Daha əvvəl Taliban internetlə bağlı narahatlığını ifadə edib və son həftələrdə bəzi vilayətlərdə əxlaq məsələlərini əsas gətirərək fiber-optik xətləri kəsib.

"NetBlocks"beynəlxalq internetə çıxışa nəzarət təşkilatı bildirib ki, Taliban hökuməti əxlaq tədbirlərini tətbiq etmək üçün hərəkətə keçdiyindən, Əfqanıstan indi tam internet qaranlığı içərisindədir.

Xəbər lenti

Xəbər lenti