Bakı.Trend:
Bakının Buzovna qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz"İB-dən bildirilib.
Qeyd edilib ki, “Yuxarı Buzovna” qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, 30.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq",- əlavə olunub.