Bakı. Trend:
Media sahəsində əməkdaşlığımız bu güclü əlaqələrin vacib bir hissəsidir.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, informasiya yalnız xəbər ötürmək deyil, həm də xalqlarımızı daha sıx bağlayan körpüdür:
"Audiovizual Şura olaraq biz inanırıq ki, Azərbaycan və Özbəkistan media qurumları arasında qurulan sıx əməkdaşlıq informasiya mühitimizin sağlam, obyektiv və peşəkar inkişafına mühüm töhfə verəcək. Xüsusən bugünkü dövrdə – rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media dayanıqlılığı məsələlərinin ön plana çıxdığı bir vaxtda, ölkələrimizin bu sahədə birgə fəaliyyət göstərməsi olduqca əhəmiyyətlidir".
"Birgə layihələr, informasiya mübadiləsi, yeni texnoloji trendlərin tətbiqi və peşəkar jurnalistlərimizin təcrübə mübadiləsi qarşılıqlı inkişafımıza xidmət edəcək. Əminəm ki, bu Forum Azərbaycan və Özbəkistan mediası arasında gələcək əməkdaşlığın daha da genişlənməsi üçün növbəti addım və uğurlu bir platforma olacaq"- deyə İ.Səttarov əlavə edib.