...

AİB 2025-ci ilin sonuna kimi Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır

İqtisadiyyat Materials 30 Sentyabr 2025 10:08 (UTC +04:00)
AİB 2025-ci ilin sonuna kimi Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 2025-ci ilin qalan dövründə Azərbaycanda inflyasiyanın zəifləyəcəyini proqnozlaşdırır.

Bu barədə Trend banka istinadən xəbər verir.

Sentyabr proqnozlarına görə, AİB-in Azərbaycandan 2025 və 2026-cı illər üzrə inflasiya ilə bağlı təxminləri dəyişməz olaraq qalıb – müvafiq olaraq 4,2 faiz və 3,5 faiz.

Bankın hesablamalarına görə, 2022-ci ildə ölkədə inflyasiya 13,9 faiz, 2023-cü ildə 8,8 faiz, 2024-cü ildə 2,2 faiz təşkil edib.

“2025-ci ilin birinci yarısında idxal qiymətlərinin artması və 2024-cü ilin ortalarında, eləcə də 2025-ci ilin əvvəlində inzibati bahalaşmalar səbəbindən inflyasiya sürətləndi. İllik orta inflyasiya 2024-cü ilin birinci yarısındakı 0,7 faizdən 5,9 faizə yüksəldi. Bununla yanaşı, ərzaq məhsulları 6,6 faiz, digər mallar 2,7 faiz, xidmətlər isə 7,5 faiz bahalaşdı. Lakin ilin ikinci yarısında inzibati qiymət tənzimləmələrinin təsiri zəiflədikcə inflyasiyanın azalacağı gözlənilir”,- deyə hesabatda qeyd olunur.

AİB ekspertləri bildirirlər ki, inflyasiya 2- 6 faiz hədəf intervalında qaldığı üçün Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul ayında may 2024-dən sonra ilk dəfə olaraq uçot dərəcəsini 7,25 faizdən 7,00 faizə endirib.

“Hesabatda vurğulanır ki, 2025-ci ilin ikinci yarısında inflyasiyanın zəifləyəcəyi gözlənildiyindən, 2025 və 2026-cı illər üzrə inflyasiya proqnozları dəyişməz qalır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti