...

Azərbaycan günəş və elektrik enerjisi üzrə yeni layihələr hazırlayır

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2025 11:17 (UTC +04:00)
Azərbaycan günəş və elektrik enerjisi üzrə yeni layihələr hazırlayır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yaxın illərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi hasilatının həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı qeyd edib.

“Artıq 2024-cü ilin sonuna ölkənin enerji sistemində “yaşıl enerji"nin payı 13,5 faizə çatıb və bu göstərici yeni layihələrin gerçəkləşdirilməsi hesabına artmaqda davam edəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda investorlara iki mexanizm təqdim olunur – hərraclar və birbaşa danışıqlar. Birinci hərrac COP29 çərçivəsində keçirilib və burada Çin şirkəti olan “Universal” 400 MVt gücündə günəş elektrik stansiyası layihəsini minimum 3,54 sent/kVt·s qiymətlə əldə edib.

Ölkənin strateji tərəfdaşları arasında “Masdar”, “ACWA Power” və bp qeyd olunur. Artıq 2023-cü ildə Masdar ilə birgə 230 MVt gücündə günəş elektrik stansiyası istismara verilib, gələcəkdə isə “ACWA Power” ilə birgə 240 MVt gücündə külək elektrik stansiyasının işə salınması planlaşdırılır.

R. Hümbətova eyni zamanda bərpaolunan enerji mənbələrinin payının artmasının yalnız quraşdırılmış gücün yüksəlməsinə deyil, həm də “yaşıl” istehsal həcminin artmasına töhfə verəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti