Bakı. Trend:
Azərbaycan Respublikası Milli Məclisi 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.
Trend xəbər verir ki, məsələ parlamentin 2025-ci il payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılıb.
Bəyanatın mətnini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.