...

İnformasiya təhlükəsizliyi hazırda prioritet mövzulardan biridir - Rasim Bağırov

Cəmiyyət Materials 30 Sentyabr 2025 11:48 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarşımızda olan əsas məqsədlərdən biri informasiya sahəsində olan təhlükəsizliyi təmin etməkdir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiyada çıxış edərkən deyib.

O bildirib ki, informasiya təhlükəsizliyindən danışırıqsa, bu məsələ hazırda prioritet mövzulardan biridir.

"Məlumat sahəsində sərhədlər yoxdur. Qarşımızda olan əsas məqsədlərdən biri informasiya sahəsində olan təhlükəsizliyi təmin etməkdir. Kibertəhlükəsizlik məsələlərinə gəldikdə isə bilirik ki, bunlar informasiya sahəsindən geridə qala bilməzlər".

Onun sözlərinə görə, auditoriyanı öyrətmək lazımdır ki, onlar məlumatla dezinformasiyanı ayıra bilsinlər.

" İnformasiya təhlükəsizliyini təmin etmək baxımından danışmaq istərdim ki, biz bu sahədə önləyici və sonradan gələn üsulları önərə bilərik. Bu sahədə önləyici tədbirlər əhalinin maarifləndirilməsidir. Bu istiqamətdə biz müxtəlif tədbirlər həyata keçiririk. Hər il dekabr ayında biz media savadlılığı həftəsi həyata keçiririk və bu layihəyə müəllimləri, tələbələri hətta şagirdləri cəlb edirik. Bu ona gətirib çıxarır ki, insanlar məlumatlanır və informasiyanı daha doğru şəkildə qəbul edə, anlaya bilir".

Azərbaycan və Özbəkistan arasında baş verən tərəfdaşlıq çərçivəsində müxtəlif tədbirlər baş tutur.

"Düşünürük ki, bu ənənəyə davam edəcəyik. İnformasiya dövründə tətbiq etdiyimiz üsullar tez- tez dəyişir. Buna görə də bizim sinergiyanı qorumaq üçün Özbəkistan kimi tərəfdaşlara ehtiyacımız var", deyə Rasim Bağırov əlavə edib.

Xəbər lenti

Xəbər lenti