...

"SOCAR Green" qabaqcıl texnologiyaların inkişafı üzərində çalışır

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2025 11:48 (UTC +04:00)
"SOCAR Green" qabaqcıl texnologiyaların inkişafı üzərində çalışır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“SOCAR Green” qabaqcıl texnologiyaların inkişafı üzərində çalışır.

Trend xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

O qeyd edib ki, söhbət bio-yanacaq, HVO (hidrotəmizlənmiş bitki yağı), SAF (dayanıqlı aviasiya yanacağı) və həmçinin karbonun tutulması, istifadəsi və saxlanması texnologiyalarından (CCUS) gedir.

"Hazırda bu istiqamətlər əsasən tədqiqat mərhələsindədir. Məsələn, hidrotəmizlənmiş bitki yağı üçün əsas çətinlik istifadə olunmuş qida yağlarının toplanması ilə bağlıdır. Belə yağların toplanmasını məcbur edən normativ tələblər olmadığından, onların toplanma həcmi layihəni hələ kommersiya baxımından səmərəli etmir. SAF ilə bağlı əsas əngəl isə ilkin investisiyaların yüksək dəyərə malik olmasıdır. Buna görə də biz bu texnologiya üçün uzunmüddətli öhdəlikləri təmin etmək məqsədilə aviaşirkətlərlə danışıqlar aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti