...

Beynəlxalq axtarışda olan 9 nəfər Türkiyəyə gətirilib

Dünya xəbərləri Materials 30 Sentyabr 2025 09:32 (UTC +04:00)
Beynəlxalq axtarışda olan 9 nəfər Türkiyəyə gətirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə qırmızı bülletenlə beynəlxalq axtarışda olan 9 nəfəri ölkəyə gətirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, cinayətkarlar uşaqların cinsi istismarı, silahlı soyğunçuluq, qəsdən adam öldürmə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və başqa cinayətlərə görə axtarışda olublar.

Həbs olunan şəxslərin Gürcüstan, Almaniya, BƏƏ, İsveçrə və Xorvatiya kimi ölkələrdən ekstradisiya olunduqları bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti