Bakı.Trend:
Hazırda Bakı şəhəri və Abşeron yarımadasında tullantı sularının idarə olunmasının yaxşılaşdırılması, infrastrukturun 10 böyük layihə həyata keçirilir.
Trend xəbər verir ki, bu fikirləri ADSEA-nın sədr müavini İlham Babayev deyib.
O qeyd edib ki, bu, iri həcmli daşıyıcı kollektorların tikintisi, 3 yeni su təmizləyici qurğu komplekslərinin tikintisi nəzərdə tutulur.
“Bu layihələrin hər biriylə bağlı icra prosesi başlanıb. Ümumi magistral kollektorların 2027-ci ildə, su təmizləyici qurğular kompleksinin isə 2027-2028-ci illərdə tamamlanması nəzərdə tutulur”.