Bakı.Trend:
Bu gün Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) ilkin hesablamalarına görə, Bakı və Abşeronda 100 000-dən çox qanunsuz su istifadəçisi mövcuddur.
Trend xəbər verir ki, bu fikirləri ASDEA-nın sədr müavini İlham Bayramov bildirib.
İ.Bayramov qeyd edib ki, həmin tikilidə yaşayış var, sudan istifadə isə qanunsuz yolla çəkilib:
“Həmin vətəndaşların heç biri faktiki abonent deyil. Bu da su itkisinin yaranmasına səbəb olur”.
Sədr müavini vurğulayıb ki, qanunsuz tikililərin qarşısının alınması üçün aidiyyəti qurumlar fəaliyyətdədir, lakin belə tipli evlər həmişə olub.
“Bunların əksəriyyəti kommunikasiya xətlərinin olmadığı ərazilərdə tikilir”.