Bakı.Trend:
Naxçıvanda sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsin içməli su və suvarma suyu infrastrukturunun yenilənməsi layihələri nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu jurnlalistlərə açıqlamasında Dövlət
Su Ehtiyatları Agentlitinin (ADSEA) sədr müavini İlham Bayramov
deyib.
ADSEA rəsmisi bildirib ki, artıq bu layihələrə başlanılıb:
“Cari ildə də bu istiqamətdə işlər aparılır. Burada həm kənd təsərrüfatı torpaqlarının suvarılmasının yaxşılaşdırılması, yeni torpaqların suvarılması, həm dayanıqlı içməli su təminatının təşkil olunması, eyni zamanda verilən suyun keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində böyük layihələr nəzərdə tutulur və bu layihələr də mərhələli şəkildə həyata keçirilir”.
İ.Bayramov qeyd edib ki, Naxçıvanda bu il iqlim dəyişmələr ilə əlaqədar böyük bir su qıtlığı, yəni su ehtiyatlarının azalması müşahidə olunub ki, bu da risklərə gətirib çıxardır:
”Bununla əlaqədar operativ qərarlar qəbul edilib və xüsusi layihələr işlənilir”.
İ.Bayramov vurğulayıb ki, növbəti ildə bu inşaat və quraşdırma işlərinə başlanılacaq. Bu il də bu işlər gedib. Növbəti ildə daha geniş şəkildə bu proses təşkil olunacaq.