...

Hazırki rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır - Fazil Novruzov

Cəmiyyət Materials 30 Sentyabr 2025 12:01 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırki rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiyada çıxış edərkən deyib.

O bildirib ki, yoxlama və monitorinq mərhələsinin də çətinlikləri var: yenə də maliyyə, həmçinin metodoloji problemlər.

"Amma necə olursa olsun, hazırki rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır. Bu səbəbdən, maliyyə və resurslarının məhdudluğuna baxmayaraq həm dövlət, həm media, həm də ictimaiyyət bu istiqamətdə təxirəsalınmaz və davamlı fəaliyyət etməlidir. Əks təqdirdə, texnoloji yeniliklər, süni zəkanın tətbiqi, müasir kommunikasiyalar cəmiyyətimizin inkişafına deyil, onun əksinə xidmət etmək təhlükəsi yaranır"- deyə Fazil Novruzov əlavə edib.

Xəbər lenti

Xəbər lenti