...

İnnovasiyalar SOCAR-ın daha səmərəli və daha qənaətcil olmasına kömək edir - Vitse-prezident

İqtisadiyyat Materials 30 Sentyabr 2025 13:19 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiyalar SOCAR-ın daha səmərəli və qənaətcil olmasına kömək edir.

Trend xəbər verir ki, bu barədə SOCAR vitse-prezidenti Kənan Nəcəfov Bakıda PASHA Holdinq tərəfindən təşkil olunan “INMerge İnnovation Summit” zirvə toplantısının gedişində danışıb.

“Milli enerji şirkəti olaraq biz özümüzə bir məqsəd və strateji hədəf qoymuşuq – sənayenin liderləri sırasında yer almaq və maraqlı tərəflərimiz üçün maksimum dəyər yaratmaq. Bunun üçün innovasiyalar bizə həm əməliyyat, həm iqtisadi sahədə daha səmərəli, eləcə də daha ekoloji olmağa imkan verən bir vasitə kimi xidmət edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, bununla bağlı SOCAR iki əsas istiqaməti həyata keçirir.

“Birincisi rəqəmsal transformasiya üzrə yol xəritəsidir. Bizim şirkətimiz tək bir müəssisə deyil, yüzlərlə müəssisədən ibarətdir. Müxtəlif biznes bölmələrində biz süni intellektdən tutmuş robotlaşmaya və böyük verilənlərin təhlili metodlarına qədər hər şeyi tətbiq edirik. Hamsını sadalamaq mümkün olmasa da, bu texnologiyalar həm əməliyyat, həm də ekoloji səmərəliliyi artırır. Böyümək üçün yer varmı? Bəli, əlbəttə. Miqyas çox böyükdür. Amma sual odur ki, biz bu yola artıq başlamışıqmı, irəliləyiş əldə etmişikmi? Bəli, tamamilə”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, ikinci istiqamət – innovasiyalar üzrə yol xəritəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti