Bakı. Trend:
II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal
informasiya mühitində etik məsuliyyət” mövzusunda panel müzakirə
təşkil olunub.
Trend xəbər verir
ki, Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya
Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima
Muratovanın moderatorluğu ilə keçirilən panel müzakirədə AZƏRTAC-ın
İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva, Özbəkistanın
Milli Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı
üzrə İctimai Fondun Himayəçilər Şurasının sədri Akramjon Fozilov,
“1news.az” xəbər portalının baş redaktoru Kəmalə Məmmədova
və“O'zbekiston 24” Yaradıcı Birliyinin direktor müavini,
“O'zbekiston 24” teleradio kanalının baş prodüseri Xaydar Xasanov
spiker qismində çıxış ediblər.
Müzakirələrdə rəqəmsal informasiya mühitində etik prinsiplərə
riayət olunmasının əhəmiyyəti, media nümayəndələrinin ictimai
məsuliyyəti, dezinformasiya vəmanipulyativ məzmunlara qarşı peşəkar
davranış standartlarının formalaşdırılması məsələləri diqqət
mərkəzində olub. Çıxışçılar qeyd ediblər ki, sürətlə dəyişən
rəqəmsal platformalarda informasiya istehsalı və yayımı prosesi
jurnalistlərdən yüksək peşəkarlıqla yanaşı, etik məsuliyyətin də
daşıyıcısı olmağı tələb edir. Həmçinin bildirilib ki, rəqəmsal
məzmunun geniş auditoriyaya sürətli təsir imkanları həm ictimai
rəyə, həm də sosial münasibətlərəbirbaşa təsir göstərir. Bu
səbəbdən, etik normaların qorunması və məsuliyyətli media mühitinin
yaradılması dövlət qurumları, media təşkilatları və vətəndaş
cəmiyyəti institutları arasında daha sıx əməkdaşlıq tələb edir.
Sessiyanın sonunda spikerlər auditoriyanın suallarını
cavablandırıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.