...

Azərbaycanda peşə və kvalifikasiya standartlarının sayı artırılacaq

Gündəm Materials 30 Sentyabr 2025 14:51 (UTC +04:00)
Azərbaycanda peşə və kvalifikasiya standartlarının sayı artırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda gələn ilin sonuna peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı bildirib.

Nazir ölkədə son illər ərzində əmək bazarında məşğulluq tədbirlərinin genişləndirilməsi istiqamətində bir çox proqramların uğurla icra edildiyini diqqətə çatdırıb:

"Təkcə ötən il ərzində 407 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Həyata keçirilən məşğulluq tədbirləri çərçivəsində 160 min nəfər işlə təmin olunub, 17 min nəfər özünüməşğulluq proqramına, 16 min nəfər peşə hazırlığına, 204 min nəfər isə peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. 10 min nəfər isə işsizlikdən sığorta ödənişi ilə təmin edilib".

"Həmçinin 1400-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanıb. Növbəti ilin sonuna kimi bu standartların sayının 1800-ə çatdırılması nəzərdə tutulur", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti