Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Qəzza ilə bağlı irəli sürdüyü atəşkəs təklifi HƏMAS-ın 20 maddəlik plana cavabından asılıdır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu plan iki ildir davam edən münaqişəni bitirə bilər.
Vasitəçilər Qətər və Misir sənədi HƏMAS-a bazar ertəsi gecə təqdim ediblər. İsrailin Baş naziri Benyamin Netanyahu isə Ağ Evdə Trampın yanında dayanaraq təklifi dəstəklədiyini bildirib. O vurğulayıb ki, sənəd İsrailin müharibə ilə bağlı hədəflərinə uyğundur.