Bakı. Trend:
Cabir çox zəngin ömür yaşadı.
Trend xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.
O qeyd edib ki, Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi.
"Çoxları elə bilir Cabir məndən böyük idi. Amma məndən iki yaş
balacadır. Buna baxmayaraq ondan çox şey öyrənmişəm. Allaha
şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Mən qardaşdan
yetim qaldım", - deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)
Mədəniyyət Mərkəzində sevilən aktyor, “Bakılı oğlanlar” Şən və
Hazırcavablar Klubunun üzvü – XX əsrin çempionu, KVN Teatrı “Planet
Bakı oğlanları”nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər
Nazirliyinin polkovniki Cabir İmanov dünən vəfat edib.