Bakı. Trend:
Payız sessiyasında xüsusilə də Bələdiyyə Məcəlləsinin çap olunması ilə bağlı işlər gedir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili xatırladıb ki, bələdiyyələrlə bağlı 20-dən çox qanun layihəsi var.
“Bunları bir məcəllə şəklində çap edib verək ki, bələdiyyələr də işləyəndə bundan rahat itifadə etsinlər”, - deyə komitə sədri qeyd edib.