Bakı. Trend:
Xüsusilə Şavkat Mirziyoyevin ölkəyə rəhbərlik etdiyi dövrdən etibarən Azərbaycan və Özbəkistan arasında münasibətlər məhsuldar şəkildə inkişaf edir.
Bunu Trend-ə Özbəkistanın Prezident Administrasiyasının məsul əməkdaşı Temurbek Seytmuratov Bakıda “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışında deyib.
“Ona diqqət yetirsək, 2017-ci ilə qədər biz müvafiq sazişlər çərçivəsində strateji tərəfdaşlıqlar həyata keçirirdik. 2017–2022-ci illərdə münasibətlərimiz dərinləşdirilmiş strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdi. 2025-ci ildə isə dövlət başçıları səviyyəsində ittifaq sazişi imzalandı. Beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəldi”,- deyə Seytmuratov vurğulayıb.
II Azərbaycan-Özbək Media Forumunda çıxışında o bunları əlavə edib:
“Biz iki ölkənin media sahəsində rəqəmsal inteqrasiya üzrə səylərinin əlaqələndirilməsini həyata keçiririk. Təcrübə mübadiləsi, dezinformasiya və digər təhdidlərlə mübarizə üzrə iriqmiyaslı tədbirlər həyata keçirilir. Rəqəmsal qeyri-müəyyənlik şəraitində belə birgə fəaliyyətlər xüsusilə vacibdir və yüksək diqqət tələb edir”.