...

Cabirin ölüm xəbərini eşidəndən özümüzə gələ bilmirik - Vado Karovin

Cəmiyyət Materials 30 Sentyabr 2025 13:39 (UTC +04:00)
Cabirin ölüm xəbərini eşidəndən özümüzə gələ bilmirik - Vado Karovin
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün çox ağır gündür.

Bunu Trend-ə açıqlamasında "Space" televiziyasının baş direktoru "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin deyib.

O qeyd edib ki, Cabirin ölüm xəbərini eşidəndən özümüzə gələ bilmirik.

"Dünəndən hamı kədər içindədir. Mən onun haqqında mənfi bir söz eşitmədim. Cabir gözəl insan və sənətkar idi", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sevilən aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü – XX əsrin çempionu, KVN Teatrı “Planet Bakı oğlanları”nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər Nazirliyinin polkovniki Cabir İmanov dünən vəfat edib.

Xəbər lenti

Xəbər lenti