Baku. Trend:
Cabir İmanov "Parni iz Baku"nun ulduzu idi. O, xarakteriylə həmişə örnək olub. Çox gözəl ailədə yetişmişdi. Cabir Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.
Bu fikirləri Trend-ə açıqlamasında Xalq artisti Fərhad Bədəlbəyli deyib. O, Cabir İmanovu anarkən KVN Planet Parni iz Bakunun təsir gücündən də danışıb:
“Cabirin yoxluğu ağır dərddir. Şən və hazırcavablar klubunda
çıxışları çox ciddi təsir gücünə malik olub. Onların satirası çox
sağlam satira idi. Şən və hazırcavablar klubunun əməkdaşlarının hər
biri dostumdur.
Cabir İmanovun vaxtsız ölümü mədəniyyətimiz üçün ciddi
zərbədir”.
Xalq artisti vurğulayıb ki, birazdan Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək Cabir İmanovla vida mərasimində iştirak edəcək.