...

Biznesin səmərəliliyi və inkişafı bilavasitə şirkətlərin yeni texnologiyaları tətbiq etmək bacarığından asılıdır - bp

İqtisadiyyat Materials 30 Sentyabr 2025 14:57 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Biznesin səmərəliliyi və inkişafı bilavasitə şirkətlərin yeni texnologiyaları tətbiq etmək bacarığından asılıdır.

Trend xəbər verir ki, bunu "bp" şirkətinin seysmoloji kəşfiyyat üzrə müşaviri Con T. Etqen “PASHA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge İnnovation Summit”də çıxışında deyib.

Etqen vurğulayıb ki, bp üçün texnologiyalarda lider olmağa can atmaq mühümdür, xüsusən də idarə olunan resurslar və konkret yataqlarla bağlı sahələrdə. Onun sözlərinə görə, seysmik kəşfiyyata və geofizikaya investisiyalar, yataqların mühəndislik baxımından dərk olunması və geologiya üzrə biliklər uzunmüddətli və kritik əhəmiyyət daşıyan istiqamətlərdir.

O, həmçinin qeyd edib ki, müasir informasiya iqtisadiyyatının bacarıq və yanaşmaları şirkətin biznesində tətbiq olunur və bu da inkişaf üçün yeni imkanlar açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti